Prezident daha 3 ölkəyə yeni səfir göndərdi

prezident-daha-3-olkeye-yeni-sefir-gonderdi
Oxunma sayı: 7102

Azərbaycan Prezidenti İlham Əliyev Zaur Rəşid oğlu Əhmədovu Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığına fövqəladə və səlahiyyətli səfir göndərilib. 

Prezidentin başqa bir sərəncamı ilə Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycanın Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.