Prezident daha bir sərəncam imzaladı

prezident-daha-bir-serencam-imzaladi
Oxunma sayı: 1660


“Qafqazinfo”nun xəbərinə görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında Xızı rayonunda nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində bir sıra mühüm əhəmiyyətli sosial məsələlər öz həllini tapıb, təhsil, səhiyyə, mədəniyyət obyektləri, inzibati binalar inşa edilmiş, iri infrastruktur layihələri həyata keçirilib, o cümlədən yol təsərrüfatının yenidən qurulması, suvarma sistemlərinin yaradılması istiqamətində müəyyən işlər görülüb, sahibkarlığın inkişafına güclü təkan verilib, yeni iş yerləri açılıb.

Beləliklə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Xızı rayonu üzrə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən Xızı şəhər tam orta məktəbin yeni binasının tikintisi məqsədi ilə Xızı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.