“Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Avtovağzal dairəsi” adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yolda təmir-tikinti işləri yüksək səviyyədə həyata keçirilib
Bu yolların istifadəyə verilməsi Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan və Ələt-Astara-İran sərhədi, həmçinin Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar, o cümlədən Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələrinin birbaşa Respublika Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna rahat və maneəsiz şəkildə çıxmasına şərait yaradacaq.
Qeyd olundu ki, Biləcəri enişindən Beynəlxalq Avtovağzal ərazisinə qədər təqribən 400 metrlik giriş yolunda və dairədə aparılan təmir-tikinti işləri də başa çatıb.
Son xəbərlər
Son Xəbərlər