Prezident daha üç ölkəyə səfir təyin etdi

prezident-daha-uc-olkeye-sefir-teyin-etdi
Oxunma sayı: 4387

Prezident İlham Əliyev daha üç ölkəyə yeni səfir təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı dövlət başçısı müvafiq sərəncamlar verib. Sərəncama əsasən, Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Onun yerinə Emil Zülfüqar oğlu Kərimov Azərbaycanın Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan başqa, Yaşar Teymur oğlu Əliyev Azərbaycanın Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Ruslan Novruz oğlu Rzayev Azərbaycanın Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edillib.

Digər bir sərəncamla Nəsimi Məhəmmədəli oğlu Ağayev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.