Prezident Davosda daha bir görüş keçirdi

Prezident Davosda daha bir görüş keçirdi
Oxunma sayı: 796

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri, Azərbaycan-İsveçrə Dostluq Qrupunun həmsədri Loran Verli ilə görüşü olub.

"Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirildi. İki ay əvvəl İsveçrə parlamentində Azərbaycan ilə dostluq qrupunun həmsədri təyin olunduğunu deyən Loran Verli bu qrupa rəhbərlik etməkdən məmnunluğunu bildirib. O, fəaliyyəti dövründə Azərbaycan ilə İsveçrə, o cümlədən iki ölkənin qanunverici orqanları arasında əlaqələrin daha da sürətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycan ilə İsveçrənin şəhərləri arasında əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı fikir mübadiləsi aparıldı, bir müddət əvvəl Montrö şəhəri ilə Bakının Səbail rayonunun qardaşlaşdığı bildirilib.

Görüşdə Azərbaycan şirkətlərinin İsveçrədə aktiv fəaliyyəti qeyd edildi və iki ölkənin şirkətləri arasında münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi