Prezident Ədalət Hüseynova orden verdi

prezident-edalet-huseynova-orden-verdi
Oxunma sayı: 5123

Azərbaycan Prezidenti İlham Əliyev Ədalət Hüseynova “Vətənə xidmətə görə” ordeni verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı imzalanan sərəncamda deyilir:

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə Ədalət Abuş oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

Qeyd edək ki, Ədalət Hüseynov bundan əvvəl prezidentin sərəncamı ilə 3-cü dərəcəli Vətənə xidmət ordeni ilə mükafatlandırılıb. Onun Rusiya-Azərbaycan münasibətlərinin inkişafında xüsusi rolunun olduğu bildirilir.