Azərbaycan prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani ilə Varşavada görüşü olub.
“Qafqazinfo”nun məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.
Azərbaycan ilə Əfqanıstan arasında iqtisadiyyat, təhlükəsizlik, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Son Xəbərlər