“Qafqazinfo”nun məlumatına görə, aşağıdakı göstərişlər verilib:
“1. Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsi və on beş min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulması məqsədi ilə Bərdə Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon, o cümlədən mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsi üçün ilkin olaraq 3,0 (üç) milyon, kəndlərarası avtomobil yolunun yenidən qurulması üçün ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.
Son xəbərlər
Son Xəbərlər