Prezident Əlişir Musayevi təltif etdi

prezident-elisir-musayevi-teltif-etdi
Oxunma sayı: 3570

Azərbaycan Prezidenti İlham Əliyev Ə.V.Musayevin 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əlişir Veys oğlu Musayev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Əlişir Musayev Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktorudur.