Prezident əsasnaməni təsdiqlədi

Prezident əsasnaməni təsdiqlədi
Oxunma sayı: 2267

Prezident İlham Əliyev mayın 21-də “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Fərmana əsasən Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamalı, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin etməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, həmçinin Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi