Prezident Fazil Ağalarovun rütbəsini artırdı

prezident-fazil-agalarovun-rutbesini-artirdi
Oxunma sayı: 14387

Prezident İlham Əliyev Fazil Ağalarova “general-leytenant” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncamla general-mayor Fazil Köçəri oğlu Ağalarova “general-leytenant” ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, F.Ağalarov Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisidir.