Prezident federal naziri qəbul etdi

prezident-federal-naziri-qebul-etdi
Oxunma sayı: 685


“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. İqtisadi sahədə əməkdaşlığımıza toxunan dövlətimizin başçısı Avstriya şirkətlərinin Azərbaycandakı əhəmiyyətli layihələrdə iştirakını bunun yaxşı nümunəsi kimi dəyərləndirib.

Avstriyanın Avropa, inteqrasiya və xarici işlər federal naziri Sebastian Kurts ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə etdi. İş adamlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini vurğulayan avstriyalı nazir öz növbəsində bu səfərin ikitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.