Prezident federasiya prezidentini qəbul edib

prezident-federasiya-prezidentini-qebul-edib
Oxunma sayı: 918

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todu qəbul edib.

“Qafqzinfo” xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod Bakıda Formula-1 yarışının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, tədbirin önəmini yüksək qiymətləndirərək bunun təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə, o cümlədən regionda mühüm əhəmiyyət daşıdığını deyib.

Formula-1 yarışının əhəmiyyətini qeyd edən dövlət başçısı tədbirin beynəlxalq əməkdaşlığa töhfəsini verdiyini bildirib. Prezident yarışın Azərbaycana gələn turistlərin ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını vurğulayıb.