Prezident fındıq bağında olub - Fotolar

prezident-findiq-baginda-olub
Oxunma sayı: 1363

Avqustun 3-də Azərbaycan prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Lələpaşa kəndinin sakini Allahverdi Şirinovun fındıqçılıq təsərrüfatında yaradılan şəraitlə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısına təsərrüfat barədə ətraflı məlumat verilib.

Bildirilib ki, 3,4 hektar sahədə salınan bağda 130 fındıq ağacı var. Böyük məhsuldarlığın gözlənildiyi təsərrüfatda bu il 2 tondan çox məhsulun yığılması planlaşdırılır.