Prezident gürcü həmkarına başsağlığı verib

prezident-gurcu-hemkarina-bassagligi-verib
Oxunma sayı: 1991

Prezident İlham Əliyev Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verib. 

“Qafqazinfo” xəbər verir ki, başsağlığı məktubunda deyilir:
 
“Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.
 
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.