Prezident Həzi Aslanovun abidəsini ziyarət etdi

prezident-hezi-aslanovun-abidesini-ziyaret-etdi
Oxunma sayı: 2113


Azərbaycan prezidenti İlham Əliyev 9 May – Qələbə Günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib.

“Qafqazinfo”nun  APA-ya istinadən məlumatına görə, prezident abidənin qarşısına əklil qoyub, Böyük Vətən müharibəsində qəhrəmanlıqla həlak olmuş insanların xatirəsini yad edib. Mərasimə dövlət və hökumət nümayəndələri, Milli Məclisin üzvləri, veteranlar, ictimaiyyət təmsilçiləri qatılıblar.