Prezident indoneziyalı həmkarına başsağlığı verdi

prezident-indoneziyali-hemkarina-bassagligi-verdi
Oxunma sayı: 761

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya məktub ünvanlayıb. 

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”