Prezident iqamətgahı ələ keçirilib

prezident-iqametgahi-ele-kecirilib-
Oxunma sayı: 1816


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu barədə “Al-Arabiya” telekanalı öz mənbələrinə istinadən xəbər verir. 

Qeyd edək ki, yanvarın 18-də “Al-Husi” adlandırılan hərəkatın üzvləri hakimiyyətin yürütdüyü siyasətə etiraz əlaməti olaraq Prezident Administrasiyasının rəhbərini oğurlayıb.

Yanvarın 19-da yaraqlılarla prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları arasında baş verən qarşıdurma nəticəsində 9 nəfər ölüb, 60 nəfərdən çoxu isə yaralanıb. 

Silahlı qarşıdurmanın qarşısını almaq cəhdləri heç bir nəticə vermir.