“Qafqazinfo”nun məlumatına görə, İlham Əliyev ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb. İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfər çərçivəsində hər iki ölkənin iş adamlarının iştirakı ilə keçirilən biznes forumun əhəmiyyətini qeyd etdi və forumda səslənən fikirləri iqtisadi sahədə əməkdaşlıq üçün mövcud olan qarşılıqlı marağın ifadəsi kimi dəyərləndirib.
Nazir Əli Tayebnia İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıb.
Son xəbərlər
Son Xəbərlər