Prezident istefa verdi

prezident-istefa-verdi
Oxunma sayı: 2471


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Cotodia Mərkəzi Afrika Respublikasında müsəlman azlıqların nümayəndəsidir və ötən ilin martında prezident Fransua Bozizeni devirərək özünü prezident elan etmişdi. O zaman əksəriyyəti müsəlmanlardan təşkil olunan “Seleka” qruplaşmasının döyüşçüləri Cotodianın rəhbərliyi altında hərbi çevriliş edərək MAR-ın paytaxtı Banqini ələ keçirmişdilər. Devrilmiş prezident isə ölkəi tərk etmək məcburiyyətində qalmışdı. 

Çevrilişdən sonra ölkədə dini dairələr arasında qanlı toqquşmalar baş vermişdi. BMT-nin hesablamalarına görə təxminən 600 nəfər həlak olmuş, 159 nəfər isə evlərini tərk etməyə məcbur olmuşdu. 

Qeyd edək ki, Mişel Cotodia əksəriyyəti xristian olan ölkədə ilk müsəlman lider olub.