Prezident kimi ilk səfərini Azərbaycana edəcək

prezident-kimi-ilk-seferini-azerbaycana-edecek
Oxunma sayı: 4180

Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin ortalarında Azərbaycana səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, Kavelaşvilinin planlaşdırılan səfərləri barədə məlumatı onun beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya yayıb.

O bildirib ki, Kavelaşvilinin ilk xarici səfəri aprelin 15-16-da Azərbaycana baş tutacaq:

“Azərbaycandan sonra isə Ermənistana - güman ki, ayın sonunda”.