Prezident Kiş kəndinə 1 milyon ayırdı

prezident-kis-kendine-1-milyon-ayirdi
Oxunma sayı: 1372

Prezident İlham Əliyev Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb. 

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, sərəncamda Şəki rayonunun Kiş kəndindəki “Kiş alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat ayrılması nəzərdə tutulur.