Prezident kürəkənini işdən çıxardı

prezident-kurekenini-isden-cixardi
Oxunma sayı: 654

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bir müddət öncə müavinətlərdən narazı olan işçilərin polislər tərəfindən güllələndiyi Janaozen şəhərinə səfər edən dövlət başçısı özü bu haqda məlumat verib.

"Samruk-Kazına" fondu mülkiyyət əsasında ona məxsus olan milli inkişaf institutlarının, şirkətlərin və digər hüquqi şəxslərin səhm paketlərinə nəzarət edir. Bundan əlavə fond neft hasil edən şirkətin, eləcə də neftçiləri Janaozendə bir necə ay etiraz aksiyası keçirən "KazMunayQaz" ın dövlət paketinə sahibdir.

Nazarbayev qeyd edib ki, Kulibayev əmək mübahisəsinin həll edilməsi üçün verilən tapşırığı həll etmədiyi üçün işdən azad edilib.

"Mənim vaxtı vaxtında əmək mübahisələrini həll etmək haqqında tapşırıqlarım yerinə yetirilməyib. Bundan başqa işəgötürənlər tərəfindən işçilərin qanunsuz olaraq işdən azad edilməsi haqqında qərar verilib. Həm də üzrlü səbəblərdən - bülletendə, məzuniyyətdə və sairədə olan işçilərin.

Şirkət işçilərinin işəgötürənlərə qarşı tələbləri əsaslandırılmış idi. Əgər işçilər tərəfindən əmək məcəlləsi pozulsa belə işverənlər onların aydan gəlmədiyini və bizim vətəndaşlarımız olduğunu bilməli, onları dinləməli və imkan daxilində dəstəkləməli olduqlarını unutmamalı idilər. Təəssüf ki, bu olmadı", deyə Nazarbayev bildirib.

N.Nazarbayev Manqistausk vilayətinin başçısı Krımbek Kuşerbayevi də dəyişib. Bundan əlavə "KazMunayQaz" neft-qaz şirkətinin rəhbərini də işdən azad edib.