“Qafqazinfo”nun məlumatına görə, görüşdə Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu bildirildi, dinamik inkişaf edən əməkdaşlığımızın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, qeyri-neft sektoru, kənd təsərrüfatı, səhiyyə, təhsil sahələrinin inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirildiyi bildirildi.
Son xəbərlər
Son Xəbərlər