Prezident “Microsoft”un vitse-prezidenti ilə videokonfransa qatıldı - Foto

prezident-microsoftun-vitse-prezidenti-ile-videokonfransa-qatildi
Oxunma sayı: 1865

İyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Louise və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Şahmar Mövsümov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər.