Prezident millət vəkilinin qardaşını mükafatlandırdı

prezident-millet-vekilinin-qardasini-mukafatlandirdi
Oxunma sayı: 640

“Qafqazinfo” xəbər verir ki, həmin sərəncamla təltif olunanlar arasında millət vəkili Qənirə Paşayevanın qardaşı Hüseyn Paşayev də var. Bu barədə millət vəkili Facebook hesabında sevincini bölşərək yazıb:

"Bu axşam mənim üçün və ailəmiz üçün sevindiric axşam oldu. Əziz qardaşım, həyatın bütün çətin yollarında birgə addımladığımız, hələ orta məktəb, tələbəlik illərindən hər zaman mənə bir bacı kimi inanan, dəstək olan, hər zaman yanımda olan, sözün əsil mənasında əsil qardaş necə olmalıdır örnəklərindən olan Hüseyn Paşayev ölkə başçısı, cənab prezident İlham Əlyevin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. Bir bacı kimi mənim üçün onun uğurlarından, xoşbəxtliyindən gözəl heç nə ola bilməz. Onu və bu gün prezidentin sərəncamı ilə bu medala layiq görülən digər iqtisadçıları təbrik edirəm!"