Prezident Naxçıvana 6 milyon ayırdı

prezident-naxcivana-6-milyon-ayirdi
Oxunma sayı: 629

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncamda bildirilir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun on səkkiz min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar – Vayxır – Sirab avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 6,3 milyon (altı milyon üç yüz min) manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.