Prezident nazir və komitə sədrinə “Şöhrət” ordeni verdi- - Yenilənib

prezident-nazir-ve-komite-sedrine-sohret-ordeni-verdi-
Oxunma sayı: 1207


“Qafqazinfo”nun məlumatına görə, sərəncamda aşağıdakı göstərişlər verilib:

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hicran Kamran qızı Hüseynova “Şöhrət” ordeni ilə təltif edilsin”.

Qeyd edək ki, Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədridir. 

***

İlham Əliyevin digər sərəncamı isə O.K. Şirəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqdadır. 

 “Qafqazinfo”nun məlumatına görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikasında səhiyyənin inkişafındakı xidmətlərinə görə Oqtay Kazım oğlu Şirəliyev “Şöhrət” ordeni ilə təltif edilsin”.

Qeyd edək ki, Oqtay Şirəliyev Azərbaycanın səhiyyə naziridir. 

“Qafqazinfo”