Prezident İlham Əliyev MMA döyüşçüsü Nəriman Abbasova ev verib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə idmançı özü instaqram hesabında paylaşım edib.
O, paylaşımında ölkə başçısına və gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edib: “Çalışmağa davam edəcəm. Ölkəmi və bayrağımı daim yaxşı təmsil etmək istəyirəm”.
Məlumatı Gənclər və İdman Nazirliyindən “Qafqazinfo”ya təsdiq ediblər.

Son xəbərlər
Son Xəbərlər