Prezident Nizami Gəncəvi Mərkəzinin həmsədrləriylə görüşdü

prezident-nizami-gencevi-merkezinin-hemsedrleriyle-gorusdu
Oxunma sayı: 844

Azərbaycan prezidenti İlham Əliyev martın 8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviya Respublikasının keçmiş prezidenti xanım Vayra Vike-Freyberqanı və Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışılıb. Forumun ənənəvi olaraq hər il yüksək səviyyədə təşkil edildiyi bildirilib. Qlobal Bakı Forumunun ildən-ilə genişləndiyi və tədbirə marağın getdikcə daha da artdığı vurğulanıb.