Prezident nurçuluqda ittiham olunan Elnur Aslanovu işdən çıxartdı

prezident-nurculuqda-ittiham-olunan-elnur-aslanovu-isden-cixartdi
Oxunma sayı: 12796


Prezident İlham Əliyev Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla bağlı sərəncam imzalayıb.

“Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, sərəncama əsasən Elnur Kazım oğlu Aslanov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Elnur Aslanov son bir ayda Azərbaycan mətbuatında nurçuluqda ittiham olunan şəxslərdən biridir. Onun Azərbaycandakı nurçuların əsas rəhbərlərindən biri olduğu iddia olunur. E. Aslanovun anası  Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyət Aslanovadır. 

Ötən həftənin sonunda isə Aslanovun Fətullah Gülənə yazdığı məktub mətbuatda işıqlandırılmış və rezonansa səbəb olmuşdu.