Prezident Ollandla görüşdü - Fotolar

prezident-ollandla-gorusdu
Oxunma sayı: 1585

Azərbaycan prezidenti İlham Əliyev iyulun 9-da Varşavada Fransa prezidenti Fransua Olland ilə görüşüb.

Qafqazinfo”nun Azərtac-a istinadən verdiyi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Münaqişənin danışıqlar yolu ilə həllinin məqsədəuyğunluğu bildirilib. Fransa Prezidenti bu məsələnin həllinə fəal dəstək verəcəyini vurğulayıb.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.