“Prezident olmağa hazıram, əgər...” - Savçenko

prezident-olmaga-haziram-eger
Oxunma sayı: 2101

Ukraynalı pilot Nadejda Savçenko prezident olmağa hazır olduğunu bildirib.

Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu pilot bu gün keçirilən mətbuat konfransında bəyan edib. Savçenko bildirib ki, əgər ukraynalılar onu prezident postunda görmək istəsələr, o seçkilərə qatılacaq:

“Mən demirəm ki, bunu istəyirəm. Mən uçmağı sevirəm. Lakin lazımdırsa, mənə hər şeyi edə bilərəm.
Siz mənim azadlığa çıxmağım üçün çox səy göstərdiniz, mənə olan ümidləriniz çoxdur. Mənim üçün Ukraynanı harda qorumağın fərqi yoxdur. Əgər sabah qızğın döyüş başlasa, mən ilk sıralarda olacam. Mənim bütün həyatım Ukraynadır”.