“Prezident olmaq istəyənlər testdən keçməlidir” - Tramp

prezident-olmaq-isteyenler-testden-kecmelidir
Oxunma sayı: 2265

“Prezidentliyə namizəd olan hər kəs testdən keçməlidir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş Prezidenti Donald Tramp deyib.

O qeyd edib ki, həmin testlər əqli bacarıq istiqamətində olmalıdır:

"Prezident olmaq böyük əqli itilik və fiziki dözüm tələb edir. Əgər bu keyfiyyətlərə malik olmasanız, çox güman ki, uğur qazana bilməyəcəksiniz".