Prezident ona fərdi təqaüd verdi

prezident-ona-ferdi-teqaud-verdi
Oxunma sayı: 699

Azərbaycan Prezidenti İlham Əliyev Nuri Əhmədovu mükafatlandırıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ımzalanan sərəncamda deyilir:

“1. Azərbaycanda rabitə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Nuri Ağa Mirzə oğlu Əhmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.