Prezident onlarla görüşdü

prezident-onlarla-gorusdu
Oxunma sayı: 1011


“Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə “Swiss Re Global Partnership” şirkəti arasında əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə olunub.

Prezident İlham Əliyev ilə ötən ilki görüşdən keçən dövr ərzində şirkətin Azərbaycanın bir sıra dövlət qurumları - Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə görüşləri nəticəsində hazırlanmış, ölkəmizdə baş verə biləcək təbii fəlakətlərin qarşısının alınması ilə bağlı sığortanın təşkilinə dair Anlaşma Memorandumu ətrafında müzakirələr aparılıb.

Dövlət başçısı Rusiya Federasiyası “Sberbank”ının sədri German Qref ilə də görüşüb. Görüşdə “Sberbank”ın sədri Azərbaycanda gedən inkişaf proseslərinin maraqla izlənildiyini bildirib, ölkəmizin müvafiq maliyyə və bank strukturları ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. 

Prezident İlham Əliyev Azərbaycanda iqtisadi inkişaf proseslərindən danışıb, ölkəmizin bank, maliyyə, energetika sistemlərində mühüm islahatların, eləcə də investisiya sahəsində uğurlu siyasətin həyata keçirildiyini deyib 

Prezident Davosda həmçinin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüş keçirib. 

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.