Prezident ötən ilin ən yaxşı məktəbinə baş çəkdi - Fotolar

prezident-oten-ilin-en-yaxsi-mektebine-bas-cekdi
Oxunma sayı: 3166

Bakının Xətai rayonundakı 264 nömrəli məktəb-liseyin binası əsaslı surətdə yenidən qurulub.

Azərbaycan Prezidenti İlham Əliyev məktəb-liseydə yaradılan şəraitlə tanış olub.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, dövlət başçısına burada görülən təmir və yenidənqurma işləri barədə məlumat verilib.

Təhsil ocağında tədris ikinövbəli rejimdə aparılır. Məktəbdə Azərbaycan və rus bölmələrində 1399 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 117 müəllim məşğul olur. Şagirdlər 7-ci sinifdən etibarən texniki və humanitar siniflərə bölünürlər.

264 nömrəli məktəb-lisey 2008-ci və 2014-cü illərdə ilin ən yaxşı məktəbi seçilib. 2014-2015-ci tədris ilində məktəbi bitirən 98 məzunun 76 faizi ali məktəblərə qəbul olunub. Onlardan 7-si 600-dən yuxarı bal toplayıb.