Prezident perulu həmkarını təbrik etdi

prezident-perulu-hemkarini-tebrik-etdi
Oxunma sayı: 4262

Prezident İlham Əliyev Peru prezidenti Martin Vizkarra Kornexoya təbrik məktubu göndərib.

“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Peru arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və tərəqqi diləyirəm”.