Prezident qaçırılan təyyarədən danışdı - “Hər şey qadınlarla bağlıdır”

prezident-qacirilan-teyyareden-danisdi
Oxunma sayı: 3177

Kipr prezidenti Nikos Anastasiadis qaçırılan təyyarə ilə bağlı gözlənilməz açıqlama verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident bildirib ki, təyyarənin qaçırılması terror hadisəsi olmayıb: “Hər şey həmişə qadınlarla bağlı olur”.

Xatırladaq ki, təyyarəni ələ keçirən İbrahim Samahın əsas məqsədi Kiprdə yaşayan keçmiş arvadını görmək olub.