Prezident Qazaxa səfərə gedib - Foto

prezident-qazaxa-sefere-gedib
Oxunma sayı: 2089

Martın 3-də Prezident İlham Əliyev Qazax rayonunda səfərdə olub.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Qazax şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.