Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunu imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, bununla da 2024-cü il martın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş” təsdiq edilib.
Dövlət başçısı, həmçinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Qanunu imzalayıb.
Bununla isə 2024-cü il martın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol” təsdiq edilib.