“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, 7729 kv.m.-lik ərazidə iki bina, qaraj sahəsi və torpaq sahəsi, ofis binaları yerləşib. Həmin ofis binalarının bir qismini Gülnarə Kərimova ilə bağlayırlar.
Gülnarə Kərimovanın təsisçisi olduğu Forum Fondunun əməkdaşlarından biri bildirib ki, fevralın 10-da ofisə məhkəmə pristavları gəliblər və məhkəmə qərarı göstəriblər. Qərarda deyilib ki, bina Daşkənd adminstrasiyasının hesabına keçib. Nə Gülnarə Kərimovanın, nə də Fondun işçilərinin qərardan xəbəri olmayıb. Çünki onları məhkəməyə dəvət etməyiblər.
Son xəbərlər
Son Xəbərlər