Prezident Qusara iki milyon ayırdı

prezident-qusara-iki-milyon-ayirdi
Oxunma sayı: 643

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, ölkənin bütün bölgələrində olduğu kimi, Qusar rayonunda da uğurla həyata keçirilir. Son illərdə rayonda bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Mərkəzi Rayon Xəstəxanası, “Qusar-1” kiçik su elektrik stansiyası, turizm obyektləri və sosial yönümlü digər obyektlər istifadəyə verilmiş, ucqar kəndləri birləşdirən yollar yenidən qurulmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. Rayon ərazisində “Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisinin birinci mərhələsi başa çatdırılıb.