Prezident rəsmi tədbirdə yıxıldı - Video

prezident-resmi-tedbirde-yixildi
Oxunma sayı: 659

“28-ci Ərəb Birliyi Sammiti”nə qatılan Livan prezidenti Mişel Aunun başına iş gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xatirə şəkli çəkdirmək üçün yerinə keçməyə hazırlaşan prezident yıxılıb. Pilləyə ilişib yıxılan liderə yaxınlıqdakılar kömək ediblər. 

Olayı şərh edən Livan nümayəndə heyəti Mişel Aunun heç bir xəsarət almadığını və səhhətinin normal olduğunu bildirib.

Aysel Kərimova