“Prezident Saakaşvili, mətbuatı öldürməyin”

prezident-saakasvili-metbuati-oldurmeyin
Oxunma sayı: 632

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, qəzetlərin ilk səhifələrində ingilis və gürcü dillərində “Prezident Saakaşvili, mətbuatı öldürməyin” başlıqları yer alıb. Prezidentə bu müraciət şəhər meriyasının qəzetlərin satıldığı köşk ərazilərini hərraca çıxarması ilə bağlıdır. “Vzqlyad” qəzetinin müxbiri bildirib ki, bu qərarla əlaqədar olaraq əvvəliki köşklər yığışdırılıb və bununla da paytaxt Tiflisdə qəzet əldə etmək çətinləşib. Tenderin qaydalarına görə, həmin yerlərdə qəzet satmaq məcburi deyil, belə ki burada ərzaq və sair də satıla bilər.
Səidə