Prezident Şamaxıya səfər etdi - Fotolar+Video

prezident-samaxiya-sefer-etdi
Oxunma sayı: 5958

Prezident İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfərə gedib.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Dövlət başçısı müvafiq tapşırıqlarını verib.