Prezident Samuxa səfər edib - Fotolar - Yenilənib

prezident-samuxa-sefer-edib
Oxunma sayı: 7692

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 7-də Samux rayonuna səfər edib.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin Samux şəhərində ucaldılmış abidəsini ziyarət edib.

***

İlham Əliyev avqustun 7-də Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

***

Prezident Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak edib.