MDB müşahidə şurası Azərbaycanda keçirilən prezident seçkilərini qiymətləndirib.
“Qafqazinfo” xəbər verir ki, missiyanın rəhbəri Sergey Lebedev keçirdiyi mətbuat konfransında seçkilərin çox yaxşı təşkil edildiyini vurğulayıb:
“Mərkəzi Seçki Komissiyası seçkilərə yaxşı, keyfiyyətli hazırlaşıb. Səsvermə açıq və şəffaf keçirildi".
Qeyd edək ki, daha əvvəl Şanxay Əməkdaşlıq Təşkilatı da Azərbaycanda prezident seçkilərinin şəffaf və demokratik keçirildiyini açıqlamışdı.
Son xəbərlər
Son Xəbərlər