Prezident seçkilərində ikinci tur keçiriləcək

prezident-seckilerinde-ikinci-tur-kecirilecek
Oxunma sayı: 869


“Qafqazinfo”nun itar-tass-a istinadən məlumatına görə, bu qərar namizədlərdәn heç biri 50 faiz sәs toplaya bilmәdiyi üçün verilib. 

Belə ki, qeyri-rәsmi nəticələrə görə, müxalifətdəki Hüquq və Ədalət Partiyasının lideri Andrzej Duda səslərin 34,8 faizini, hazırkı prezident Bronislav Komorovski isә 32,2 faizini toplayıb. 

Mətbuatda seçkilərdə qalibin Duda olduğu yazılsa da, Polşanın prezidentinin adı ikinci turdan sonra məlum olacaq. 

Seçkilərin ikinci turu mayın 24-də keçiriləcək.