Prezident seçkisinin keçiriləcəyi vaxt müəyyən olunub

prezident-seckisinin-kecirileceyi-vaxt-mueyyen-olunub
Oxunma sayı: 634

MSK-nın sədri Faruk Sultan bildirib ki, 21 günlük seçki kampaniyası aprelin 30-da başlayacaq, bundan bir ay əvvəl isə prezidentliyə namizədlər öz sənədlərini təqdim edə biləcəklər.

Prezidentliyə ən real namizədlər Ərəb Ölkələri Liqasının keçmiş sədri Əmir Mussa və keçmiş baş nazir Əhməd Şəfiq hesab edilir. Əgər heç bir namizəd seçicilərin 50 faizindən çoxunun səsini qazanmasa, ilk iki yerdə qərarlaşan namizədlər arasında iyunun 16-sı və 17-də ikinci tur keçiriləcək.

Prezident seçkisinin yekun nəticəsi isə iyunun 21-də elan ediləcək. Yeni prezident Misiri müvəqqəti olaraq idarə edən hərbi şuranın gələcək rolunu müəyyənləşdirəcək